“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında ABŞ-nin səylərini yüksək qiymətləndiririk”

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

“Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-nin səylərini yüksək qiymətləndiririk”.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ABŞ-nin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, bu gün bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-lə əlaqələrimizi daha da genişləndirmək əzmindəyik.
“Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Loading

Next Post

Talıbovlar “Badamlı”nı da itirdi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailəsinə məxsus olan daha bir şirkətin sahibi dəyişib. Dogrusoztv.az APA-ya istinadən xəbər verir ki, Talıbovlara məxsus olan “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Mineral Sular” MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. […]