Talıbovlar “Badamlı”nı da itirdi

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailəsinə məxsus olan daha bir şirkətin sahibi dəyişib.

Dogrusoztv.az APA-ya istinadən xəbər verir ki, Talıbovlara məxsus olan “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Mineral Sular” MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.

Qeyd edək ki, “Badamlı Mineral Sular” MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş ali sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S.Talıbova məxsus olduğu bildirilirdi.
Məlumat üçün deyək ki, “Mineral Sular” MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən “Ləzzət Qida Sənaye” MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda “Sirab” şirkəti də bu quruma daxildir.

Loading

Next Post

Azad Cəfərliyə yeni vəzifə verildi

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Azad Cəfərliyə Kənd Təsərrüfatı Nazirliyinə yüksək vəzifə verilib. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, A.Cəfərli nazirliyin aparat rəhbəri təyin edilib. Qeyd edək ki, Azad Cəfərli 3 il Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə […]