Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib

Oxunma vaxtı:19 Saniyə

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana səfərə gəlib.

Onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirakı nəzərdə tutulub.

Eyni zamanda E.Tatarın səfər çərçivəsində bir sıra tədbirlərə qatılacağı gözlənilir.

Bundan başqa, Şimali Kipr Prezidentinə Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.

Loading

Next Post

DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin […]