Hava Limanı yolunda sürət həddi endirildi

Oxunma vaxtı:25 Saniyə

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

“Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda qeyd olunub.

Loading

Next Post

Bakıda qətlə yetirilən məktəblinin FOTOSU

Xəbər verdiyimiz kimi, paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində 2008-ci il təvəllüdlü Həsən Quliyev qətlə yetirilib.  Qətlə yetirilən yeniyetmə 71 nömrəli orta məktəbin 11-ci sinif şagirdi olub. Faktla bağlı saxlanan yeniyetmə barəsində ”qəsdən sağlamlığa ağır zərərvurma-ölümlə nəticələndikdə” maddəsi ilə cinayət işi başlanıb.