Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik edib

Oxunma vaxtı:23 Saniyə

Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələrinin genişləndirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Loading

Next Post

Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramı hazırlanacaq

Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanmasını planlaşdırır. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib. “Sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur”, […]