Bakı-Qəbələ qatarları həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə işləyəcək

Oxunma vaxtı:31 Saniyə

Mayın 25-dən Bakı-Qəbələ qatarları həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə işləyəcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, qatar saat 07:30-da Bakı Dəmiryol Vağzalından, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından yola düşəcək.

Bundan başqa, ADY həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarlar təyin edib. 25 may tarixində saat 09:15-də Bakı Dəmiryol Vağzalından, 26 may tarixində saat 15:00-da isə Ağstafadan sürət qatarı yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Loading

Next Post

Alen Simonyan: Azərbaycanla ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam etdirilir

Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam edir. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vayslerlə keçirdiyi mətbuat konfransında deyib. “Bu, hazırkı mərhələdə müzakirə olunan mövzulardan biridir. Amma bununla bağlı aramızda razılaşma yoxdur və müzakirələr davam edir”, – o bildirib. A.Simonyan […]