“Uşaqların yollarda nəzarətsiz hərəkəti…” – DYP-dən müraciət

Oxunma vaxtı:30 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib.

Müraciətdə deyilir:

“Uşaqların yollarda nəzarətsiz hərəkəti – bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa səbəb ola bilər. Hər bir valideyn bilməlidir ki, uşaqlar yol hərəkəti qaydalarını mənimsəmədən və yol təhlükələrini dərk etmədən onları küçəyə tək buraxmaq – həyatlarını riskə atmaqdır. Təhlükəsizlik yalnız yol nişanları ilə yox, həm də valideyn məsuliyyəti ilə təmin olunur.

Uşaqlara qaydaları sadəcə izah etməklə kifayətlənməyin – onlarla birgə yola çıxın, nümunə olun, təhlükəsiz davranış vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirin.

Unutmayın, təhlükəsizlik ailədən başlayır. Valideynin səhlənkarlığı – uşağın həyatı üçün bəzən geri dönüşü olmayan nəticələr doğura bilər. İzah edin. Nümunə olun. Qoruyun”.

Loading

Next Post

Naxçıvanda kütləvi qida zəhərlənməsi olub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB

Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. “Report”un yerli bürosu xəbər verir ki, 7 nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Qasımova Aysun Elkən qızına məxsus “Kassap dönər” adlı dönərxanada Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.  Yoxlama […]