Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir

Oxunma vaxtı:30 Saniyə

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana dövlət səfərinin nəticələrini hökumət üzvləri ilə müzakirə edir.

Bu barədə Pakistan hökumətinin X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

“Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycana son səfərinin nəticələri ilə bağlı icmal iclası keçirir”, – iclasdan videogörüntülərlə müşayiət olunan məlumatda qeyd edilib.

Bildirilib ki, Şərifin Azərbaycana rəsmi səfəri 24-25 fevral tarixlərində baş tutub. Səfər çərçivəsində iki ölkə arasında neft, mayeləşdirilmiş təbii qaz və neft məhsullarının ticarəti sahəsində əməkdaşlığın inkişafını, Naxçıvan və Lahor şəhərləri arasında əməkdaşlığı əhatə edən beş sənəd mübadiləsi həyata keçirilib.

Bundan əlavə, gömrük əməkdaşlığı, kənd təsərrüfatı, ekologiya, təhsil və digər sahələrdə sazişlər imzalanıb.

Loading

Next Post

Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb

“Navye Stoks bərabərliyi” tənliyinin həlli aviasiyada və digər bir çox sahələrdə istifadə oluna bilər. Bu barədə azərbaycanlı professor Kamal Sultanov AMEA-da tənliklə bağlı keçirilən təqdimatda məlumat verib. Onun sözlərinə görə, uun uzun illərdir həlli tapılmayan “Navye Stoks bərabərliyi” tənliyinin həlli haqqında məqaləsi “Springer” beynəlxalq elmi jurnalında çap edilib: “Təxminən 40 […]