Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb

Oxunma vaxtı:49 Saniyə

“Navye Stoks bərabərliyi” tənliyinin həlli aviasiyada və digər bir çox sahələrdə istifadə oluna bilər.

Bu barədə azərbaycanlı professor Kamal Sultanov AMEA-da tənliklə bağlı keçirilən təqdimatda məlumat verib.

Onun sözlərinə görə, uun uzun illərdir həlli tapılmayan “Navye Stoks bərabərliyi” tənliyinin həlli haqqında məqaləsi “Springer” beynəlxalq elmi jurnalında çap edilib:

“Təxminən 40 ildən çoxdur “Navye Stoks bərabərliyi” tənlikləri üçün qoyulmuş “Dirixle” məsələsinin zəif həllərinin yeganəliyi üzərində işləyirdim. Araşdırmada ilk dəfə olaraq cırlaşmanın olduğunu qəbul edərək həllin mümkünlüyü və həllər sinfini müəyyən etdim. Burada əldə edilən nəticə NASA tərəfindən istifadə edilib”.

K.Sultanov bildirib ki, 2015-ci ildə bu problemi həll etdiyini anlayıb və əldə etdiyi nəticəyə əsaslanaraq məqalə hazırlayıb, “arxiv.org” saytına yerləşdirib:

“Bu problemi həll etmək üçün tamamilə fərqli bir metoddan istifadə etdim. Bu yanaşma, adətən, yeganəliyin göstərilməsi üçün tətbiq olunan metodlardan köklü şəkildə fərqlənir. 2020-ci ildə bununla bağlı hazırladığım məqaləni dünyada bu tənlikləri araşdıran alimlərin hamısına və reytinqi yüksək olan bütün jurnallara ardıcıl şəkildə göndərdim. 2024-ci ilin payızında məqaləm çap olundu”.

Loading

Next Post

Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir

Bu gün Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-də Avrasiya Dağ Turizmi Forumu keçirilir.  “Report”un Şahdağa ezam olunmuş müxbiri xəbər verir ki, tədbir Avrasiya Dağ Kurortları Alyansının və səhmdar cəmiyyətinin təşkilatçılığı ilə “Avrasiyada dağ turizminin perspektivləri və imkanları” mövzusunda təşkil olunub. Forumda Agentliyin rəsmiləri, Alyansa daxil olan Azərbaycan, Qazaxıstan, […]