Rasim Balayevin cənazəsi Bakıya gətirildi

Oxunma vaxtı:25 Saniyə

İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib.

Mərhum aktyorun nəşini daşıyan təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Bir neçə saat sonra görkəmli sənətkarla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçiriləcək. Daha sonra o, I Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, “Babək”, “Nəsimi”, “Beyrək” kimi yaddaqalan obrazları ilə tanınan aktyor 77 yaşında dünyasını dəyişib. Ömrünün sonuna qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri işləyən Rasim Balayev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Loading

Next Post

"FIFA Series – 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək

Futbol üzrə Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək. Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını […]