ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər

Oxunma vaxtı:39 Saniyə

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və USAID-in direktoru Cey Sinqx Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər.

Doğrusöztv.Az Milli.Az-a istinadən bildirir ki, görüş zamanı USAID-in Azərbaycan bölgələrinin nəhəng kənd təsərrüfatı və turizm potensialının artırılmasına yönəlik fəaliyyəti müzakirə edilib.

Görüşdə, həmçinin gələcəkdə Xaçmaz rayonunda USAID-in kənd təsərrüfatı və turizm sahəsində uğurlu layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

C.Sinqx USAID-in Azərbaycanda qeyd olunan sahələr üzrə yeni layihələr həyata keçirmək niyyətində olduğunu qeyd edib. O bildirib ki, USAID Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

S.Mikayılova öz növbəsində USAID-in Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Xaçmaz rayonunun da kənd təsərrüfatı və turizm sahəsində geniş potensiala malik olduğunu diqqətə çatdıran S.Mikayılova USAID ilə bu istiqamətdə əməkdaşlığın müsbət nəticələr verə biləcəyini vurğulayıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Lavrov Ermənistanı qınadı

“Rusiya Azərbaycan və Ermənistana sərhədlərini delimitasiyasi ilə bağlı kömək göstərməyə hazırdır”. Doğrusöztv.Az Milli.Az -a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib: “Ermənistan-Azərbaycan sərhədində emosiyaları gücləndirmək üçün heç bir səbəb yoxdur”, – nazir bəyan edib.