ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:56 Saniyə

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydendən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Amerika xalqı adından Sizə və Azərbaycan xalqına 28 May – Respublika Günü münasibətilə səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar.

Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq.

Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edirəm.

Respublika Günündə Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılma­sı, hərbi qulluqçuların maddi-texniki təminatı, sosial şəraitinin yaxşılaşdırılması üzrə təd­birlər davam etdirilir. Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, may ayının 24-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət […]