Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir

Oxunma vaxtı:46 Saniyə

Bu gün Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-də Avrasiya Dağ Turizmi Forumu keçirilir. 

“Report”un Şahdağa ezam olunmuş müxbiri xəbər verir ki, tədbir Avrasiya Dağ Kurortları Alyansının və səhmdar cəmiyyətinin təşkilatçılığı ilə “Avrasiyada dağ turizminin perspektivləri və imkanları” mövzusunda təşkil olunub.

Forumda Agentliyin rəsmiləri, Alyansa daxil olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Cənubi Koreyanın dağ kurortlarının, həmçinin Belarus, Gürcüstan və Qırğızıstanın 150-yə yaxın turizm nümayəndəsi iştirak edir.

Forumun açılışı Alyansa üzv dövlətlərin xizək təlimçilərinin öz milli musiqilərinin müşayiəti altında yürüşü ilə başlayıb.

Martın 6-na kimi davam edəcək Forumda Alyansın 2025-2026-cı ilə dair fəaliyyət planı, dağ turizminin inkişafı və turizm marşrutlarının yaradılması, kurortlarda təhlükəsizliyin təşkili, Alyans ölkələri arasında əməkdaşlığın genişləndirilməsi, təşkilatın inkişafında vahid standartın yaradılması, qış turizminin inkişafında dövlət dəstəyinin təşkili, həmçinin Mərkəzi Asiya ölkələri ilə işbirliyinin artırılmasına dair məsələlər və layihələr müzakirə olunacaq.

Forum çərçivəsində Alyans ölkələrinin nümayəndələri arasında xizək yarışı və milli mətbəx festivalı təşkil ediləcək.

Loading

Next Post

Baş prokuror Beyləqanda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev martın 4-də Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, Füzuli, İmişli, Sabirabad, Saatlı, Xocavənd, Cəbrayıl rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə […]