Zəlzələ qurbanları Milli Məclisdə anıldı

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Milli Məclisin bu gün keçirilən plenar iclasında qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olan şəxslərin xatirəsi anılıb.

Milli Məclisin sədri Sahibə Qafarova bununla bağlı təşəbbüs irəli sürüb.

Deputatlar bir dəqiqəlik sükutla zəlzələ qurbanlarını xatirəsini yad ediblər.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib.

Loading

Next Post

<strong>İlham Əliyev Almaniyada - FOTOLAR</strong>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir. Fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.