Elektron siqaret qadağası – Bu tarixdə qüvvəyə minəcək

Oxunma vaxtı:26 Saniyə

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, istifadəsi, topdan və pərakəndə satışına dair qadağa gələn il aprelin 1-dən qüvvəyə minəcək.

Bu, Milli Məclisin sabah keçiriləcək plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Milli Məclis dekabrın 19-da qanun layihəsini birinci oxunuşda qəbul edib və həmin redaksiyada qanun qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcəyi əksini tapmışdı.

Layihənin ikinci oxunuşunda isə bu müddət 2026-cı il 1 aprellə əvəzlənir.

Loading

Next Post

Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM

Azərbaycan Respublikası bir qrup idmançıları və idman mütəxəssisləri təltif edilib.Prezident İlham Əliyev Sərəncam bununla bağlı imzalayıb. Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:Abdullayev Yaqub Bəkir oğlu Ağarəhimov Cahangir Ağababa oğlu Aslanova Elmira Aydın qızı Bayramov Cahangir Tofiq oğlu Əliyev Coşqun Ceyhun oğlu Hüseynov […]