Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq

Oxunma vaxtı:49 Saniyə

Bu gün Misli Premyer Liqasının III turunda daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Zirə” evdə “Kəpəz”i qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və Kamranbəy Rəhimovun idarə edəcəyi matça saat 18:00-da start veriləcək.

Günün sonuncu görüşü “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” və “Qəbələ” arasında baş tutacaq. Elçin Məsiyevin idarəçilik edəcəyi oyun saat 20:30-da başlayacaq.

Misli Premyer Liqası

1-ci dövrə, III tur

30 avqust

18:00. “Zirə” – “Kəpəz”

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Zirə İdman Kompleksinin stadionu

20:30. “Araz-Naxçıvan” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elman Musayev.

Liv Bona Dea Arena

Qeyd edək ki, III turun daha əvvəl baş tutan “Neftçi” – “Turan Tovuz” matçında qonaqlar qələbəyə sevinib – 0:1. “Sumqayıt” – “Şamaxı” görüşündə isə qalib müəyyənləşməyib. Tura avqustun 31-də yekun vurulacaq.

Loading

Next Post

Azərbaycan nefti yenidən bahalaşıb

Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 67,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,43 ABŞ dolları və ya 0,63 % artaraq 68,24 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət […]