Azərbaycan nefti yenidən bahalaşıb

Oxunma vaxtı:36 Saniyə


Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 67,85 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,43 ABŞ dolları və ya 0,63 % artaraq 68,24 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Qriqoryan İranda Laricani ilə görüşdü

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edib.   Bu barədə “Təsnim” informasiya agentliyi məlumat yayıb. Qeyd edilib ki, səfər çərçivəsində A.Qriqoryan bu ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb. Görüş zamanı tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.