Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,87 ABŞ dolları və ya 4,7 % azalaraq 82,29 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 81,16 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,58 ABŞ dolları və ya 5,52 % azalaraq 78,35 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

"HRANA": İranda ölənlərin sayı 1110 nəfəri ötüb

ABŞ və İsrailin birgə əməliyyatının başlanmasından bəri İranda ən azı 1114 nəfər həlak olub. Bu barədə İranın “HRANA” hüquq müdafiə təşkilatı məlumat yayıb. Məlumata görə, ölənlərdən 183-ü yetkinlik yaşına çatmamış şəxslərdir. Hazırda təşkilat 900-dən çox ölüm faktını araşdırır.