KİV: ABŞ-nin Yaponiyadakı aviabazasında partlayış olub, xəsarət alanlar var

Oxunma vaxtı:25 Saniyə

Bazar ertəsi ABŞ-nin Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən “Kadena” aviabazasında partlayış baş verib.

İnsident Yaponiyanın özünümüdafiə qüvvələrinin idarə etdiyi obyektdə qeydə alınıb.

Yerli hakimiyyət orqanları hadisənin partlamamış hərbi sursatların müvəqqəti saxlandığı yerdə baş verə biləcəyini istisna etmir.

NHK mümkün zərərçəkənlər barədə məlumat verib, lakin onların dəqiq sayı və xəsarətlərinin ciddiliyi hələ dəqiqləşdirilməyib.

“Kyodo” agentliyi isə Yaponiyanın Müdafiə Nazirliyinə istinadən partlayış zamanı ölkənin Milli Özünümüdafiə Qüvvələrinin 4 hərbçisinin xəsarət aldığını xəbər verib. Qeyd edilir ki, onların xəsarətləri yüngüldür.

Hadisənin səbəbi də dəqiq məlum deyil.

Loading

Next Post

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq

Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi IV Daşkənd İnvestisiya Forumunda müzakirə olunacaq. Forumun üçüncü günündə – iyunun 11-də “Azərbaycan – Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru” mövzusunda panel sessiyası keçiriləcək. “Tədbirdə hər iki ölkənin hökumət rəsmiləri və biznes liderləri ikitərəfli ticarətin gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi və energetika, nəqliyyat, kənd təsərrüfatı, […]