Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq

Oxunma vaxtı:36 Saniyə

Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi IV Daşkənd İnvestisiya Forumunda müzakirə olunacaq.

Forumun üçüncü günündə – iyunun 11-də “Azərbaycan – Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru” mövzusunda panel sessiyası keçiriləcək.

“Tədbirdə hər iki ölkənin hökumət rəsmiləri və biznes liderləri ikitərəfli ticarətin gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi və energetika, nəqliyyat, kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar kimi sektorlarda əməkdaşlığın araşdırılması üçün bir araya gələcək. Forumda həmçinin Orta Dəhliz daxil olmaqla əlaqələrin qurulması üzrə regional təşəbbüslər işıqlandırılacaq və davamlı iqtisadi əməkdaşlıq üçün yeni imkanlar təqdim ediləcək”, – forumun saytında qeyd olunub.

Tədbirdə Azərbaycandan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və başqaları çıxış edəcəklər.

Loading

Next Post

Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib

Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovun dəvəti ilə Özbəkistana səfər edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Daşkənddə yerləşən Heydər Əliyev park-meydanında Ulu Öndərin […]