“Qarabağ” klubu dünya reytinqində irəliləyib

Oxunma vaxtı:24 Saniyə

“Qarabağ” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə irəliləyib.

Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.

“Zirə” (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. “Sabah” komandası 50 pillə irəliləyib. Ölkə kubokunun qalibi 76 xalla 317-ci olub.

“Araz-Naxçıvan” isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü idi.

Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi “Real” (470 xal) qərarlaşıb. “Barselona” (434 xal) ikinci, İtaliyanın “İnter” klubu (419) üçüncüdür.

Loading

Next Post

Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq.Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı […]