Ronaldunun pəhrizini təkrar edən futbolçu ölümlə üz-üzə qalıb

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun pəhrizini təkrar edən “Palmeyras”ın gənc futbolçusu Qabriel Menino bunun ağır fəsadlarını yaşayıb.

22 yaşlı futbolçu bildirib ki, o, bir qədər çəki və əzələ itirmək məqsədi ilə Ronaldunun pəhrizinə başlayıb.

Q.Menino pəhrizə başlamamışdan əvvəl klubun diyetoloqunu da bu barədə məlumatlandırıb.

Gənc futbolçu qida rasionunda əsasən balıq yeməkləri, salat və qida əlavələrindən istifadə etdiyini bildirib.

Lakin futbolçu bir neçə gündən sonra bu pəhrizin onun səhhətinə zərər vurduğunu müşahidə edib.

“Oyuna ilk 11-likdə başlayacaqdım. Çox həvəsli idim. Matçdan əvvəl isinmə hərəkətlərinə başladım. 5 dəqiqədən sonra sadəcə olaraq qaça bilməyəcəyimi anladım. Sanki ölümlə üz-üzə qaldım, yerə yıxıldım. Dərhal pəhrizi saxladım və klubun diyetoloquna bu barədə məlumat verdim”, – deyə Qabriel Menino bildirib.

Mənbə: Mundodeportivo

Loading

Next Post

Böyük Qayıdış çərçivəsində tikilən yollar üzrə vəziyyət açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ildə ümumi uzunluğu 2 241,5 km təşkil edən 18 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilib. Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa […]