UEFA Konfrans Liqası: “Qarabağ” Polşada Kiyev “Dinamo”su ilə qarşılaşacaq

Oxunma vaxtı:18 Saniyə

“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Polşadakı “Lublin Arena”da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Loading

Next Post

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 6-da paytaxtda bir neçə Transformator Məntəqəsində (TM), bəzi regionlarda isə 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 2-ci […]