“Qarabağ” bu gün Niderland klubu ilə iki yoxlama oyunu keçirəcək

Oxunma vaxtı:30 Saniyə

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün daha iki yoxlama oyunu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Niderland təmsilçisi “Tvente” ilə üz-üzə gələcək.

İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq.

Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın “Metallist” (Xarkov) kollektivinə uduzub – 4:5. “Köhlən atlar” Bakıdakı yoxlama matçında isə “Zirə”ni 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Loading

Next Post

Beynəlxalq səyyahlar Kəlbəcərdə olublar

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP (“Most Traveled People”) beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcərdə olublar. “Report”un əməkdaşı xəbər verir ki, qonaqlar Ermənistanın işğalı dövründə törədilmiş dağıntılarla tanış olublar. Səyyahlara şəhərdə aparılan genişmiqyaslı tikinti-bərpa işləri, o cümlədən yeni infrastruktur obyektlərinin, yaşayış evlərinin və ictimai binaların tikintisi haqqında ətraflı məlumat verilib. […]