Beynəlxalq səyyahlar Kəlbəcərdə olublar

Oxunma vaxtı:36 Saniyə

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP (“Most Traveled People”) beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcərdə olublar.

“Report”un əməkdaşı xəbər verir ki, qonaqlar Ermənistanın işğalı dövründə törədilmiş dağıntılarla tanış olublar.

Səyyahlara şəhərdə aparılan genişmiqyaslı tikinti-bərpa işləri, o cümlədən yeni infrastruktur obyektlərinin, yaşayış evlərinin və ictimai binaların tikintisi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, ötən gün Beynəlxalq səyyahlar klubu MTP üzvlərinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinə 15 ölkədən olan səyyahlar daxildir. Qrupa klubun təsisçisi, amerikalı səyyah Çarlz Vili rəhbərlik edir.

Üç gün ərzində iştirakçılar Füzuli – Xocavənd – Şuşa – Xankəndi – Xocalı – Ağdam – Kəlbəcər – Laçın – Zəngilan – Cəbrayıl marşrutu üzrə səyahət etməyi planlaşdırırlar.

Səfərin məqsədi işğaldan sonra bərpa edilmiş ərazilərlə, həmçinin regionda aktiv şəkildə aparılan genişmiqyaslı tikinti işlərinin gedişatı ilə tanışlıqdır.

Loading

Next Post

Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli və Novxanı kəndlərində, Masazır qəsəbəsi ərazisində silah-sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. […]