Gəncədə zəhərlənən 5 nəfərin vəziyyəti açıqlanıb – YENİLƏNİB

Oxunma vaxtı:28 Saniyə

Bu gün saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd edilib.

Bildirilib ki, funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Onların qidadan zəhərləndiyi etimal edilir.

Fakt araşdırılır.

Loading

Next Post

Paytaxtın bir neçə yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Bakıda hazırda aidiyyəti dövlət qurumları tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat yayıb O bildirib ki, təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır: 1. Xətai […]