Paytaxtın bir neçə yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Oxunma vaxtı:43 Saniyə

Bakıda hazırda aidiyyəti dövlət qurumları tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat yayıb

O bildirib ki, təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır:

1. Xətai rayonu, Babək prospekti ilə Süleyman Vəzirov küçəsinin kəsişməsi (ticarət mərkəzinin yaxınlığı);

2. Nərimanov rayonu, Həsən Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsi, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər, hər iki istiqamətdə təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq edilib.

Təmir işləri aparılan küçə və prospektlər:

1. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, dairədən (“Şəki” restoranın qarşısı) “Nərimanov” m/st istiqamətində;

2. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Səbail rayonu, Badamdar şosesi və Əziz Nəzərov küçəsinin kəsişməsində;

4. Səbail rayonu, Badamdar şosesi, (Caspian İnternational Hospitalın yaxınlığı), mərkəz istiqamətində yolda təmir işləri aparılır.

Loading

Next Post

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə verib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan […]