Sabah bu ərazidə qaz olmayacaq

Oxunma vaxtı:17 Saniyə

Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 mm-lik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Azərbaycanda şirkət rəhbəri həbs edildi - 875 min manatlıq dələduzluq

Azərbaycanda taxılın tədarükü və satışı ilə məşğul olan “Orucoğlu Aqro” MMC şirkətinin təsisçisi və direktoru Qulu Orucov cinayət məsuliyyətinə cəlb edilib. 1987-ci il təvəllüdlü Qulu Orucov barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə üç şirkət və bir fiziki şəxs zərərçəkmiş şəxs […]