DYP qəza riskinin artması ilə bağlı sürücülərə müraciət edib

Oxunma vaxtı:40 Saniyə

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən verilən məlumata görə, müraciətdə deyilir:

“Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir.

Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.

Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır. Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.

Təhlükəsizliyinizi düşünün – özünüzü və digərlərini qoruyun!”

Loading

Next Post

İstanbulda meşə yanğınları səbəbindən pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib

Türkiyənin İstanbul şəhərində meşə yanğınları səbəbindən fişəng və digər tez alışan pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib. Bu barədə İstanbul valiliyi məlumat yayıb. Bildirilib ki, qadağa üç ay müddətinə qüvvədə olacaq. “Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində meşəlik ərazilərə girişlər iyunun 23-dən oktyabrın 15-dək qadağan edilmişdi. Bu tədbirə əlavə […]