Azərbaycanda şirkət rəhbəri həbs edildi – 875 min manatlıq dələduzluq

Oxunma vaxtı:50 Saniyə

Azərbaycanda taxılın tədarükü və satışı ilə məşğul olan “Orucoğlu Aqro” MMC şirkətinin təsisçisi və direktoru Qulu Orucov cinayət məsuliyyətinə cəlb edilib.

1987-ci il təvəllüdlü Qulu Orucov barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə üç şirkət və bir fiziki şəxs zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, “Orucoğlu Aqro” MMC-nin rəhbəri şirkətlərə müvafiq olaraq 604 min, 190 min və 57 min manat, fiziki şəxsə isə 24 min manat (ümumilikdə 875 min manat) ziyan vurmaqla dələduzluq edib. O, həmin şirkətlərdən külli miqdarda taxıl və digər məhsullar alaraq satıb. Amma Q.Orucov vəd etdiyi kimi əldə etdiyi vəsaitlə həmin malların pulunu ödəməyib. 

Araşdırmalar zamanı o da məlum olub ki, şirkət rəhbəri əvvəllər də dəfələrlə dələduzluq əməllərinə görə məsuliyyətə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart tarixli hökmü ilə Q.Orucova 11 il həbs cəzası verilib. Ona əlavə olaraq 1 il 6 ay vəzifə tutmaq qadağan edilib. Qulu Orucov cəzasını ciddi rejimli müəssisədə çəkəcək. 

Loading

Next Post

"Qarabağ"-"Bayer 04" oyununda məhdudiyyətlər olacaq - UEFA-dan XƏBƏRDARLIQ

Martın 7-də Avropa Liqasının 1/8 finalında “Qarabağ” “Bayer 04″lə üz-üzə gələcək. Qarşılaşmadan öncə UEFA görüşün təşkili ilə bağlı Ağdam təmsilçisinə xəbərdarlıq edib. Məlumatı klubun mətbuat katibi Anar Hacıyev də təsdiqləyib. “Köhlən atlar”ın rəsmisinin sözlərinə görə, qurum Ağdam təmsilçisinə bloger və azarkeşlərin davranışları ilə bağlı xəbərdarlıq edib: “Bu məsələ ilə bağlı […]