“Qarabağ”-“Bayer 04” oyununda məhdudiyyətlər olacaq – UEFA-dan XƏBƏRDARLIQ

Oxunma vaxtı:27 Saniyə

Martın 7-də Avropa Liqasının 1/8 finalında “Qarabağ” “Bayer 04″lə üz-üzə gələcək.

Qarşılaşmadan öncə UEFA görüşün təşkili ilə bağlı Ağdam təmsilçisinə xəbərdarlıq edib. Məlumatı klubun mətbuat katibi Anar Hacıyev də təsdiqləyib.

“Köhlən atlar”ın rəsmisinin sözlərinə görə, qurum Ağdam təmsilçisinə bloger və azarkeşlərin davranışları ilə bağlı xəbərdarlıq edib:

“Bu məsələ ilə bağlı açıqlamamız olmuşdu. Blogerlə bağlı detallı şəkildə xəbərdarlıq gəlib. Problem çəkilən videolar və davranışlarla bağlıdır. Bu səbəbdən də oyunda blogerlərlə bağlı məhdudiyyətlər olacaq. Azarkeş davranışları ilə bağlı da xəbərdarlıq olunub. Amma hansısa cərimədən söhbət gedə bilməz”.

Loading

Next Post

Cənubi Koreyada minlərlə həkimə qarşı sanksiya: Lisenziyaları ləğv ediləcək

Cənubi Koreyada stajor həkimlərlə hökumət arasında qarşıdurma davam edir. Cənubi Koreya hökuməti universitetlərə daha çox tibb tələbəsinin qəbul olunması ilə bağlı plana etiraz edən və tətilə çıxan həkimlərə qarşı sanksiyaların tətbiq olunacağını bildirib. Bu barədə Cənubi Koreya Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən açıqlamaya görə, hökumətin işə qayıtmaq əmrinə tabe […]