Sabah İmişli və Saatlıda 2500-dən çox abonentin qazı kəsiləcək

DogruSozTv Az
Oxunma vaxtı:22 Saniyə

Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Fasilə diametri 315 mm-lik PE “Qaralar kənd” orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq.

Bununla əlaqədar sentyabrın 23-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Mirli, Qaravəlli, Ağcüyür kəndləri və Araz küçəsi, eyni zamanda Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində ( 2 min 516 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Loading

Next Post

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlik sisteminə təhdidlərə qarşı xüsusi xidmət orqanları vacib rol oynayır

Beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanlarının vacib rol oynayır.Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev III Bakı Təhlükəsizlik Forumunda çıxışında deyib. O bildirib ki, sadalanan mənfi təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, […]