Bu yolda hərəkət məhdudlaşdırılacaq

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Sabah saat 23:00-dan iyunun 27-si saat 06:00-a qədər Bakının Azadlıq Prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına riayət etmələrini və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edib.

Loading

Next Post

Dövlət qulluğuna qəbul imtahanının vaxtı AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi iyulun 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək. Bu barədə DİM-in Mətbuat Xidmətindən məlumat verilib. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı iyunun 25-i saat 15:00-dan iyulun 20-si saat 11:00-dək aparılacaq. İmtahan kompüter […]