Bu gün Azərbaycanda matəmdir

Oxunma vaxtı:15 Saniyə

Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Loading

Next Post

Qazaxıstan Azərbaycan və Braziliya ilə birlikdə təyyarə qəzasını araşdıracaq

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması milli komissiya tərəfindən aparılır, orada Azərbaycan və Braziliya nümayəndələri də iştirak edəcək. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb. “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndələri Qazaxıstana səfərə gəlib. Ərazidə […]