Şəki Qaz İstismar Sahəsinin fəaliyyəti təqdirəlayiqdir

Oxunma vaxtı:1 Dəqiqə, 53 Saniyə

Zaqatala  Regional Qaz İstismar İdarəsinin (RQİİ) Şəki Qaz İstismar Sahəsinin (QİS) kollektivi qaz  təsərrufatında təhlükəsizlik  texnikası  qaydalarını  rəhbər  tutaraq, qəzaların  və  bədbəxt  hadisələrin  qarşısının alınması istiqamətində əhəmiyyətli işlər görür, qəzaların başvermə səbəblərinin  araşdırılmasını təmin edir, təhlil  nəticəsində  onları yarada  bilən  səbəblərin  aradan  qaldırılması  üçün  tədbirlər  görür.

Sahə rəisi, təcrübəli mütəxəssis Hamlet Şamil oğlu Qasımov xidmətlərin  işini  və  onların  bir – biri  ilə qarşılıqlı  münasibətini  səmərəli təşkil edir, istehsalın  yüksək  inkişafı  və  təkmiləşdirilməsi  sahəsində  məqsədəuyğun  fəaliyyətlərini istiqamətləndirir.

Sahə üzrə işçilərin iş yerlərinin  vəziyyətinə  ciddi nəzarət olunur, onların bilik  və  təcrübəsindən  səmərəli  istifadə  edilməsi, əmək  üçün təhlükəsiz  və əlverişli  şərait  yaradılması, ətraf  mühitin  qorunması  üzrə  təlimatların  tələblərinə  riayət  olunması  təmin  edilir.

İdarədə xidmətlər  üzrə müəyyən  olunmuş  hesabatların  vaxtında  tərtib  edilərək aidiyyəti üzrə  təqdim  olunmasına, işçilərin  işə  davamiyyətinə, aylıq  iş  vaxtının uçotu  tabellərinin və  iş  qrafiklərinin düzgün  tərtib  olunmasına və  kərgüzarlıq  işlərinə  əmək  və istehsalat  intizamının  yüksək səviyyədə  saxlanılmasına, Azərbaycan  Respublikasının qüvvədə  olan  qanunvericiliyinə, o cümlədən əmək  qanunvericiliyinə  və  idarə  üzrə  təsdiq  edilmiş “ Daxili  intizam Qaydaları “na  riayət  edilməsinə effektiv nəzarət həyata keçirilir.

Təbii  qazın  qəbulu və  istehlakçıların  texniki təhlükəsizlik  norma  və  qaydalarına  uyğun  fasiləsiz  təbii qazla  təmin  edilməsi ciddiliklə diqqət mərkəzində saxlanılır. İstismar müddətini başa vuran şkaflar yenisi ilə dəyişdirilir, erroziyaya uğrayan daşıyıcı və paylayıcı qaz xəttləri yeni politelin borularla əvəzlənir, sayğaclar quraşdırılır.

Məlum olduğu kimi, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev mayın 23-də Şəki şəhərində vətəndaşlarla görüş keçirib. Qəbulda Şəki sakinləri ilə yanaşı, Qax, Zaqatala və Oğuz rayonlarından da qatılan vətəndaşların problem və təklifləri dinlənilib. Ruslan Əliyevlə görüşən Şəki sakinlərinin problem və təklifləri barədə baş direktordan tövsiyə və tapşırıqlar alan QİS rəisi Hamlet Qasımov dərhal onların icrasına yönəlik tədbirləri başladıb.

Malik Mustafayev

Loading

Next Post

Əsası seyidlər nəsli tərəfindən qoyulmuş Dambulaq kəndi əsl sahiblərinə qaytarıldı

Mən – İsmayıl Abbasov öz şəcərəm haqqında bildiklərimi oxucularla bölüşmək istəyirəm. Ağır seyid nəslindən olan ulu babalarım Laçın rayonunun qışlaqdakı Böyük Seyidlər kəndində dörd qardaş olublar. Onlar həmişə sonradan Dambulaq adlanacaq kəndin ərazisinə yaylağa gələrmişlər. Bir dəfə qardaşlardan Seyid Alı Xəlifə digər üç qardaşına deyir ki, daha Böyük Seyidlərə qayıtmaq […]