Terrorda ölənlərdən 68-nin şəxsiyyəti məlum oldu

Oxunma vaxtı:21 Saniyə

“Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində həlak olanlardan 68 nəfərin şəxsiyyəti müəyyən edilib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün ölənlərin şəxsiyyəti müəyyən edildikdən sonra siyahı əlavə olunacaq.

Xatırladaq ki, martın 22-də “Crocus City Hall” konsert zalında Piknik rok qrupunun çıxışından əvvəl terror aktı törədilib. Son məlumata görə, hücum nəticəsində 182 nəfər xəsarət alıb. İstintaq Komitəsi 137 ziyarətçinin öldüyünü bildirib.( TASS)

Loading

Next Post

Azərbaycanda şok əməliyyat: İcra başçısına sui-qəsd təşkil etmək istəyən şəxs TUTULDU

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak […]