Thodex-in qurucusu Faruk Fatih Özer həbsxanada asılmış vəziyyətdə tapılıb

DogruSozTv Az
Oxunma vaxtı:24 Saniyə

Thodex-in qurucusu Faruk Fatih Özerin həbsxanada meyiti tapılıb.

Faruk Fatih Özerin meyiti həbsxananın tək nəfərlik kamerasının hamam otağında asılmış vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Thodex adlı kriptovalyuta birjası vasitəsilə çox sayda insanı dələduzluq yolu ilə aldatmaqda ittiham olunan Faruk Fatih Özer Albaniyada 2022-ci il avqustun 30-da saxlanılaraq Türkiyəyə gətirilib. Onun barəsində cinayətkar təşkilat qurmaq, idarə etmək və təşkilata üzv olmaq, dələduzluq və əmlak dəyərlərini leqallaşdırmaq kimi ittihamlarla 11 min 190 il 6 ay həbs cəzası tələb olunurdu.

Loading

Next Post

Bakıda Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək

Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək. Noyabrın 11-də keçiriləcək yarış Badamdar ərazisində baş tutacaq. Tədbirin əsas məqsədi Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq, həmçinin Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini yad etməkdir. Çempionatda ölkənin […]