Ukrayna Danimarkadan F-16 qırıcılarını alıb –  Zelenski

Oxunma vaxtı:21 Saniyə

Danimarka F-16 qırıcı təyyarələrinin ikinci partiyasını Ukraynaya göndərib.

Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün sosial media hesabında yazıb.

“Danimarkanın Ukrayna üçün göndərdiyi F-16 qırıcılarının ikinci partiyası artıq ölkədədir”, – deyə dövlət başçısı bildirib.

İkinci partiyada Kiyevə tədarük olunan qırıcıların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, noyabr ayında Danimarkanın Baş naziri Mette Frederiksen altı ədəd F-16 qırıcısının Ukraynaya təhvil verildiyini və daha 13 təyyarənin tədarükünün planlaşdırıldığını elan edib.

Loading

Next Post

Bakının bir sıra yollarında tıxac var – SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə […]