Xəstəxanalarda yoxlamalar aparılacaq

Oxunma vaxtı:29 Saniyə

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib.

Bunu Agentliyin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə çıxışı zamanı söyləyib.

B.Məmmədov 2023-cü il ərzində ölkə üzrə 101 dövlət tibb müəssisəsində monitorinqlərin aparıldığını bildirib: “Aparılan 613 sayda monitorinq zamanı əsas götürülən meyarlar Xidmətlər Zərfindəki tibbi xidmətlərin təşkili, qəbul və qeydiyyat işinin tənzimlənməsi, kompüterlərin internetə çıxış imkanları maddi-texniki bazanın mövcudluğu və digər məsələləri əhatə edir”.

B.Məmmədovun sözlərinə görə, monitorinqin nəticələri təhlil edildikdən sonra aşkarlanmış çatışmazlıqlar TƏBİB-ə təqdim olunur.

Loading

Next Post

Ali Məhkəmənin yeni hakimləri

Bəzi apellyasiya məhkəmə hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəməyə təyin olunublar. Bu, Milli Məclisin bugünkü keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apellyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Mixtarov Teyyub […]