Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi elektriklə təmin olunub – VİDEO

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi Azərişıq ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.

Loading

Next Post

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməyi məlumat yayıb.