Azərbaycandan Həcc ziyarətinə səfərlər başlayır

alfonsonri
Oxunma vaxtı:18 Saniyə

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1 440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.

Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Loading

Next Post

Biri 3 gün əvvəl məzun olmuşdu - Kürdə batan yeniyetmələr...

Neftçalada Kürdə batan üç yeniyetmə barədə bəzi məqamlar məlum olub. Onların hər biri rayonun Beşdəli kənd sakinləridir. 18 yaşlı Elşən Əhmədov və 16 yaşlı Siyasət Əhmədov qardaşdır. E.Əhmədov orta məktəbi bu il bitirib, o, üç gün əvvəl məzun gününü qeyd edib. Çayda boğulan Teymur Məlikov isə Dövlət Sərhəd Xidmətinə (DSX) […]