Biri 3 gün əvvəl məzun olmuşdu – Kürdə batan yeniyetmələr…

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Neftçalada Kürdə batan üç yeniyetmə barədə bəzi məqamlar məlum olub.

Onların hər biri rayonun Beşdəli kənd sakinləridir.

18 yaşlı Elşən Əhmədov və 16 yaşlı Siyasət Əhmədov qardaşdır. E.Əhmədov orta məktəbi bu il bitirib, o, üç gün əvvəl məzun gününü qeyd edib. Çayda boğulan Teymur Məlikov isə Dövlət Sərhəd Xidmətinə (DSX) daxil olan təhsil müəsisələrindən birinin kursantıdır.

Yeniyetmələr ötən gün Kür çayının Neftçala rayonu, Cəngən kəndindən keçən hissəsində çimərkən boğulublar. Onların cəsədləri FHN tərəfindən tapılaraq ailələrinə təhvil verilib.

Loading

Next Post

Əli Əliyev işdən çıxarıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Əli Əliyev işdən çıxarılıb. Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb. “Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol […]