Bağçalarda tərbiyəçilərin işə qəbulu üzrə test imtahanı başa çatıb

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatıb. İmtahanda ümumilikdə 4371 namizəd iştirak edib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin nəticələri idarələrin rəsmi internet saytlarında və sosial şəbəkə hesablarında dərc olunacaq. Keçid balını toplamış və vakansiya seçimi etmiş namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimetmə, məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq, peşəyə yanaşma və dəyərlər istiqamətlərində suallar təqdim ediləcək.

Müsahibə mərhələsində uğur qazanan və test imtahanında ən yüksək nəticə göstərən namizədlər işə qəbul ediləcək, uğur qazanmış digər iştirakçılar isə ehtiyat siyahısında saxlanılacaq.

Loading

Next Post

KİV: Azərbaycanın qlobal nüfuzu artır, Bakı ABŞ-nin Yaxın Şərqdəki səylərində rol oynayır

Azərbaycan son onilliklərdə təkcə Cənubi Qafqazda regional lider deyil, həm də Yaxın Şərq və Avropadakı maraqların kəsişməsində əsas oyunçu kimi ortaya çıxıb. Onun energetika sahəsindəki əhəmiyyəti, siyasi sabitliyi və əsas oyunçularla strateji tərəfdaşlığı Bakını regionda və ondan kənarda əsas proseslərə təsir göstərə bilən mühüm mərkəzə çevirir. Bu fikirlər “Eurasianet” analitik […]