Şuşa Media Forumunun üçüncü günü

Oxunma vaxtı:38 Saniyə

İyunun 21-də “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir.

Forumun ikinci günündə “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi”, “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində”, “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, iyulun 20-də öz işinə başlayan Forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak edirlər. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var. 3-cü Şuşa Qlobal Media Forumunun bu gün yekunlaşması planlaşdırılır.

Loading

Next Post

Son altı ayda 300-ə yaxın müəllifin əsəri qeydiyyatdan keçirilib

Bu ilin altı ayı ərzində 289 müəllifin 391 əsəri qeydiyyatdan keçirilib. Bu barədə Əqli Mülkiyyət Agentliyində jurnalistlərlə görüşdə məlumat verilib. Qeyd edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 133 əsər çoxdur. Bundan başqa, ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair Agentliyə 200 iddia sənədi (2024-cü ilin […]