Bələdiyyəyə namizədlərin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-ya təqdim edilməsinə başlanılır

Oxunma vaxtı:40 Saniyə

Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.

Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi DSK-ya təqdim edə bilər.

Seçki Məcəlləsinə əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 18:00-dək təqdim edilməlidir.

Təqvim planında bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək nəzərdə tutulub.

Xatırladaq ki, MSK-nın qərarına əsasən, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.

Loading

Next Post

ABŞ Ermənistan ordusunda islahatlara dəstəyini davam etdirəcək

Ermənistan və ABŞ-nin müdafiə nazirləri Suren Papikyan və Lloyd Ostin Pentaqonda keçirilən görüşdə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Bu barədə yerli KİV Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, S.Papikyan Ermənistanın regionda uzunmüddətli sülh əldə etmək istəyini təsdiqləyib, öz növbəsində Ostin ABŞ-nin bu səyləri dəstəklədiyini bildirib. “Görüş zamanı müdafiə […]