Qərbi Azəbaycan İcması Avropa Şurasının insan hüquqları üzrə komissarını ayrı-seçkilik etməməyə çağırıb

Oxunma vaxtı:31 Saniyə

“Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl Oflahertinin Ermənistana etdiyi səfərə dair yayılmış məlumatda Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərin qayıdış hüququ xüsusi olaraq vurğulanıb”.

Bu, Qərbi Azərbaycan İcmasının bəyanatında öz əksini tapıb.

Bildirilib ki, Qərbi Azərbaycan İcması əvvəllər bir neçə dəfə Avropa Şurasının müxtəlif təsisatlarına müraciət ünvanlasa da, nədənsə onlar azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı mövqeyini ifadə etməyiblər:

“Qərbi Azərbaycan İcması Avropa Şurasının insan hüquqları üzrə komissarını sələflərinin, eləcə də Avropa Şurası Parlament Assambleyasının səhvlərini təkrar etməməyə, insan hüquqlarına münasibətdə ayırıcı xətt çəkmək siyasətindən əl çəkməyə və bizim Ermənistana qayıdış hüququmuza dəstək verən ictimai bəyanatla çıxış etməyə çağırır”.

Loading

Next Post

Dövlət başçısı: Məktəblərdə tədris proqramına müəyyən dəyişikliklər edilməlidir

“Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür”. Prezident İlham Əliyev bunu “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib. “Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət […]