ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

DogruSozTv Az
Oxunma vaxtı:41 Saniyə

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Bakı Metropoliteni” QSC-nin qarşılaşdığı konkret əməliyyat problemlərinin innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanları araşdırılacaq.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenges” innovasiya tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ADY və Bakı Metropoliteni ölkə iqtisadiyyatı və vətəndaşların gündəlik həyatı üçün mühüm infrastrukturu idarə edir.
F. Osmanov bildirib ki, bu qurumların konkret əməliyyat çağırışlarının müəyyənləşdirilməsi və onların birgə həll üçün açıq şəkildə təqdim edilməsi şirkətlərin yalnız innovativ həllərin istifadəçisi deyil, həm də innovasiyanın fəal iştirakçısına çevrilməsinə imkan verə bilər.

“Biz istəyirik ki, bu vörkşop ümumi müzakirələrdən kənara çıxsın. Onun uğuru müəyyən edilən çağırışların keyfiyyəti, hazırlanacaq ideyaların aktuallığı və ən əsası, həmin ideyaların pilot layihələrə və tətbiq edilə bilən həllərə çevrilmə potensialı ilə ölçülməlidir”, – F. Osmanov qeyd edib.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Qeyd edilib ki, bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb. Nəzərinizə çatdırırıq ki, […]