Vaksin vurdursan belə, COVİD-19 virusunu daşıya bilərsən – Adil Allahverdiyev

Oxunma vaxtı:51 Saniyə

Vaksin vurdursan belə, COVİD-19 virusunu daşıya bilərsən, belə şəxslər özləri üçün təhlükə yaratmasalar belə, ətrafdakılar üçün təhlükə yarada bilərlər.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, vaksin vurdurub-vurdurmamasından, xəstəlik keçirib-keçirməməsindən asılı olmayaraq, tibbi maskadan istifadə edilməldiir və o, bizim gündəlik həyatımızda norma olmalıdır.

Professor hesab edir ki, hər kəs maskanı davamlı olaraq istifadə edərsə, sərt karantin qaydalarının tətbiqinə də ehtiyac qalmaz:

“Bu gün tələb olunan budur ki, qaydalara əməl edilsin, maskadan istifadə edilsin, əllər mütəmadi yuyulsun. Bunlar bizim üçün adi gündəlik qayda olmalıdır. Bundan əsla vaz keçməməliyik. Maska da qısa müddətdə istifadə edilməli, daha sonra atılmalıdır. Əgər bir maska uzun müddət istifadə olunarsa, həm özünüz tərəfindən olan bəzi infeksiyalar, həm də ictimai nəqliyyatda və digər yerlərdə hava-damcı yolu ilə yayılan infeksiyalar maskanın üzərinə çökə bilər və siz də onu qəbul edə bilərsiniz. Bu halda sizin infeksiyalara yoluxma imkanınız ola bilər. Ona görə də maskanın qısa müddətdə istifadə edilməsi zəruridir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

“Məqsədimiz aparıcı dövlətlər sırasında yer tutmaqdır” - Nazir

Azərbaycan Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşulub. Unikal.org xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, məqsəd Dördüncü Sənaye İnqilabı tərəfindən təklif olunan imkanlardan maksimum faydalanmaq, eləcə də bu sahənin aparıcı dövlətləri sırasında yer tutmaqdır.