Bakının Nərimanov rayonunun bir hissəsində qaz olmayacaq

Oxunma vaxtı:21 Saniyə

Sabah Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonunda yol tikintisi ilə əlqədar olaraq qaz xəttinin yerinin dəyişdirilməsi işləri həyata keçiriləcək.

Bu səbəbdən fevralın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ə. Əliyev 63 və Ə. Əliyev 26 küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Tramp Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparacağı yerləri açıqlayıb

ABŞ, Rusiya və Ukrayna rəsmiləri danışıqlar aparmaq üçün Almaniyada bir araya gələcək, gələn həftə isə Səudiyyə Ərəbistanında görüşəcəklər. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib. “Sabah Münhendə, gələn həftə isə Səudiyyə Ərəbistanında yüksək rütbəli rəsmilərlə görüş olacaq. Müzakirələrə Ukrayna təmsilçilərindən başqa, Rusiya və ABŞ-dən olan nümayəndələr də qatılacaq”, – Tramp deyib. […]