Rza Cavadxani vəfat etdi

Oxunma vaxtı:34 Saniyə

Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.

Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi “X” sosial şəbəkəsində bildirib.

“Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik. 2007-ci ildə Prezident İlham Əliyev Rza Cavadxanini Prezident sarayında qəbul edib. O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böyük inkişafın şahidi olduğunu qeyd edib. Səfir Xəzər İbrahim və səfirliyimizin əməkdaşları adından onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Qəbri nurla dolsun”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Rza Cavadxani ABŞ-də yaşayırdı. Onun iki qardaşı ABŞ-də, biri Malayziyada, iki qardaşı və bir bacısı isə İranda yaşayırlar. Cavad xanın nəslinin nümayəndəsi həm də Azərbaycan vətəndaşı idi.

Loading

Next Post

İstanbulda silahlı hücum olub, ölən var

Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda baş vermiş silahlı hücumda bir nəfər ölüb. Bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, zərərçəkmiş avtomobilindən enərkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Qurban hadisə yerində keçinib. Ekspertiza qrupu ərazidə çoxlu mərmi gilizləri aşkar edib. Faktla bağlı araşdırma aparılır.